Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan magistrantların onlayn dərsləri davam etdirilir
31.05.2020 14:47
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan magistrantların onlayn dərsləri davam etdirilir

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan magistrantların onlayn dərsləri davam etdirilir.

Belə ki, institutda “Yüksəkmolekullu birləşmələr kimyası” və “Kompozisiya materialları kimyası” ixtisasları üzrə təhsil alan I kurs magistrantlara “Kompozit materiallar” fənni üzrə dərslər k.ü.f.d., dos. Ülviyyə Məmmədova, “Qeyri-üzvi kimya” və “Fiziki-kimya” ixtisasları üzrə I kurs magistrantlara “Qeyri-üzvi kimyada fiziki metodlar” fənni üzrə dərslər prof. Özbək Əliyev tərəfindən distant keçilir.

Həmçinin “Neft-kimya proseslərinin riyazi modelləşdirilməsi” ixtisası üzrə I kurs magistranta t.ü.e.d. Aqil Səfərov tərəfindən “Kimyəvi reaktorların modelləşdirilməsi” fənni və “Yüksəkmolekullu birləşmələr kimyası” ixtisası üzrə I kurs magistranta AMEA-nın müxbir üzvü Abasqulu Quliyev tərəfindən “Lak-boya materialları” fənni tədris olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: