Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dendrologiya İnstitutunun əməkdaşları Dağlıq Şirvan təbii zonasına ekspedisiya təşkil ediblər
29.05.2020 16:06
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun əməkdaşları Dağlıq Şirvan təbii zonasına ekspedisiya təşkil ediblər

AMEA-nın Dendrologiya İnstitutunun əməkdaşları öz daxili imkanları hesabına Dağlıq Şirvan təbii zonasında ekspedisiyada olublar.

Ekspedisiya zamanı bu ərazilərdə təbii və mədəni dendrofloranın hərtərəfli monitorinqi aparılıb, Azərbaycanın mülayim rütubətli dağ-meşə landşaftlarında rast gəlinən fıstıq-vələs-qarağac meşələrinin bioloji müxtəlifliyinin vəziyyəti tədqiq edilib. Həmçinin bu meşələrin florası, onların ziyanvericiləri öyrənilib.

Araşdırmalar zamanı ərazidə çiçəkli bitkilər bölməsinə aid 18 fəsilə və 25 növ,  qatırquyruğukimilər bölməsinə aid 1 fəsilə, 1 növ, qıjıkimilər bölməsinə aid 1 fəsilə və 5 növ təyin edilib. Bu ərazidə ağcaqayın, yemişan, alma,armud, mürdəşər, adi birgöz, itburnu, adi başınağacı, adi qoz,palıd, göyrüşvə s. cinslərə aid bir çox növlərin təbii yayılma arealları təhlil edilərək üstünlük təşkil edən növləri tədqiq olunub.

Tədqiqat aparılan ərazidə 3 zərərverici təyin edilib. Bunlardan Viscum album zərərvericisi alma, armud, palıd və qoz cinslərindən olan ağac bitkiləri üzərində yayılıb. Böyürtkən, göyrüş kimi ağac və kol bitkilərində adi əqrəbböcək (Panorpa communis) həşəratı, moruq üzərində isə torqanadlı Panorpa communis (Neuroptera) və mənənə (Hemiptera; Apidoidea) növlərinə rast gəlinib.

Ekspedisiya zamanı Dağlıq Şirvan təbii zonası ərazisindən toplanmış toxum və herbari materialları institutun Herbari və toxumçuluq laboratoriyasının fonduna təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: