Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

MBBİ-də magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi “Zoom” platforması üzərindən həyata keçirilib
24.05.2020 15:27
  • A-
  • A
  • A+

MBBİ-də magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi “Zoom” platforması üzərindən həyata keçirilib

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) elmi-tədqiqat işlərini başa çatdırmış II kurs magistrantların dissertasiyalarının ilkin müzakirəsi "Zoom" platforması üzərindən onlayn rejimdə həyata keçirilib.

Belə ki, “Molekulyar biologiya” ixtisası üzrə Azərbaycan bölməsindən 3, rus bölməsindən 1, “Biokimya” ixtisası üzrə 2, “Biotexnologiya” ixtisası üzrə isə 1 magistrantın dissertasiya işi onlayn olaraq müzakirə edilib və ilkin qiymətləndirmə aparılıb.

Magistrantların dissertasiya işləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən magistr dissertasiyalarına qoyulan tələblərə tam cavab verdiyindən onların əsas müdafiəyə buraxılmaları tövsiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: