Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Beynəlxalq konfransda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlardan danışılıb
20.05.2020 12:26
  • A-
  • A
  • A+

Beynəlxalq konfransda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlardan danışılıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elektron resurslar şöbəsinin baş mütəxəssisi, doktorant Vüqar Hacıyev “Zoom” proqramı vasitəsilə Gürcüstanın Batumi şəhərində ictimai elmlər üzrə indeksləşmiş beynəlxalq istinadlı “Atlas” jurnalının keçirdiyi konfransda iştirak edib.

Gənc alim konfransda “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti ermənilərin “Böyük Ermənistan” ideyasının həyata keçirilmə üsuludur” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, tarix boyu dünyanın heç bir yerində dövləti olmayan ermənilər ayrı-ayrı dövlətlərin tərkibində tayfalar şəklində yaşayıb və nəhayət, XIX əsrin əvvəllərində çar Rusiyası tərəfindən Cənubi Qafqaza, o cümlədən tarixi Azərbaycan torpaqlarına köçürülərək məskunlaşdırılıblar.

O, ermənilərin XX əsrin əvvəllərində havadarlarının dəstəyi ilə tarixi Azərbaycan torpaqlarında özlərinə dövlət qurduqlarını və bu əraziləri “qədim” və “Böyük Ermənistan” adlandırdıqlarını deyib. V.Hacıyev sözügedən ideyanı reallaşdırmaq üçün ermənilər tərəfindən yerli türk-müsəlman əhaliyə qarşı 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1992-ci illərdə terror, soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin həyata keçirildiyini söyləyib.

Azərbaycanlı alimin çıxışı konfrans iştirakçılarının böyük marağına səbəb olub və V.Hacıyev onları maraqlandıran sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: