Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 33-cü sayı nəşr olunub
20.05.2020 14:11
  • A-
  • A
  • A+

“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 33-cü sayı nəşr olunub

“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və AMEA-nın Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 33-cü sayı işıq üzü görüb.

Tarix və antropologiya ixtisasları üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin gündəliyi, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr yer alıb.

Jurnalın bu sayında prof. Vidadi Muradovun “Fəxralı”, akademik İsmayıl Hacıyevin “Mirbağır Mirbağırzadə: din xadimi, məfkurəli demokrat, inqilabçı və tanınmış tədqiqatçı”, t.ü.f.d. Tamilla Kərimovanın “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyəti (1923-1929-cu illər)”,  f.e.d Ramazan Siracoğlunun “Şirvanın Şilyanı var”, r.ü.f.d., dos. Gülçin Abdullayevanın “Azərbaycan əl xalçalarının tədqiqinə və kataloqlaşdırılmasına bir yanaşma haqqında”, t.ü.f.d. Cavid Bağırzadənin “Qarabağ bölgəsinin ilk orta əsr qəbir abidələri” və s. kimi materiallar əksini tapıb.     

Jurnalın baş redaktoru AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun müdiri, professor Vidadi Muradovdur.       

Oxucular jurnalın elektron variantı ilə azerilme.az saytında tanış ola bilərlər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: