Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Coğrafiya İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu beynəlxalq jurnalda nəşr edilib
18.05.2020 10:17
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu beynəlxalq jurnalda nəşr edilib

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşlarının iqlim dəyişikliklərinin yaratdığı fəsadların öyrənilməsinə dair məqaləsi Rusiya Elmlər Akademiyasının P.P.Şirşov adına Okeanologiya İnstitutunun nüfuzlu beynəlxalq “Okeonoloji tədqiqatlar” jurnalında yer alıb.

Coğrafiya  İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, c.e.d. Səid Səfərov, Xəzərin səviyyə problemi şöbəsinin elmi işçisi, c.ü.f.d Elnur Səfərov, doktorantlar Camal Hüseynov və Nailə İsmayılovanın həmmüəllif olduqları məqalə Xəzərin Azərbaycana aid sahilyanı ərazilərində və dəniz stansiyalarında atmosfer yağıntıları rejiminin müasir dəyişmələrinin tədqiqinə həsr edilib.

Məqaləni buradan oxumaq olar.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: