Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Folklor İnstitutu əməkdaşlarının cari ildə apardıqları tədqiqat işləri müzakirə edilib
15.05.2020 15:52
  • A-
  • A
  • A+

Folklor İnstitutu əməkdaşlarının cari ildə apardıqları tədqiqat işləri müzakirə edilib

AMEA-nın Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin onlayn iclası keçirilib.

İclasda plan işlərinin yerinə yetirilməsinin vəziyyəti müzakirə edilib.

Şöbə müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyev bildirib ki, əməkdaşların apardığı elmi-tədqiqatlar daha çox kollektiv iş səciyyəsi daşıyır. Məhz bunun nəticəsidir ki, müxtəlif vaxtlarda “Folklor və yazılı ədəbiyyat” kitabının 2 cildi hazırlanıb və nəşr edilib.

K.Əliyev qeyd edib ki, əməkdaşların cari ildə apardıqları tədqiqat işləri də folklor və yazılı ədəbiyyatın qarşılıqlı əlaqələrinin strukturu və semantikası istiqamətinə yönəldilib.

Sonra şöbə əməkdaşları gördükləri işlər barədə məlumat veriblər.

İclasda “Möcüzəli doğuluş motivi (Oğuz və Kelt folkloru əsasında)”, “Bədii əsərin süjet quruluşunda magik obrazlar” və “Azərbaycan qırğız nəsrində mifoloji motivlərdən istifadənin forma və üsulları” adlı tədqiqatlarda əldə edilən materiallardan və onların ümumiləşdirilməsindən danışılıb.

Qeyd edilib ki, “Almaz İldırım yaradıcılığının folklor qaynaqları”, “Məmməd İsmayıl və folklor”, “Əli Kərim yaradıcılığında folklor motivləri” və “Folklorun Musa Yaqub yaradıcılığının poetikasına təsiri” mövzusunda tədqiqatlar müasir elmi-nəzəri tələblərə cavab vermək səviyyəsindədir. Eyni zamanda, həmin araşdırmalar Azərbaycan poeziyasının folklorla əlaqələrinin tarixi barədə müəyyən qənaətlər əldə etməyə imkan verəcək.

Sonda şöbə əməkdaşlarının aparılmış tədqiqatlarla bağlı məqalələr hazırlayıb dərc olunmaq üçün mətbuat orqanlarına göndərmələri qərara alınıb. Həmçinin “Əzizə Cəfərzadə və folklor”, “Çağdaş Azərbaycan nəsrində mifologizm” monoqrafiyalarının çapa göndərilməsi məqsədəuyğun hesab edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: