Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dilçilik İnstitutunun Həmkarlar Təşkilatı aztəminatlı əməkdaşlara yardım göstərib
15.05.2020 12:54
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun Həmkarlar Təşkilatı aztəminatlı əməkdaşlara yardım göstərib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müraciət və çağırışlarına səs verən, onun uzaqgörən siyasətini daim dəstəkləyən AMEA-nın Azad Həmkarlar Təşkilatı koronavirus pandemiyası dövründə maarifləndirmə işlərinin aparılması, aztəminatlı ailələrə yardım və ərzaq sovqatlarının paylanması məqsədilə bir sıra tədbirlər həyata keçirib.

Belə ki, pandemiya dövrünün başlanğıcında AMEA-nın bir çox təşkilatlarında müvafiq qurumların əməkdaşları və həkimlər dəvət olunmaqla koronavirusla bağlı geniş maarifləndirici tədbirlər təşkil olunub. Bununla yanaşı, akademiyanın bir sıra institutlarında yaşı 65-dən yuxarı olan əməkdaşlara və aztəminatlı ailələrin üzvlərinə maddi yardım, ərzaq məhsulları paylanılıb.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Həmkarlar Təşkilatı da bu xeyirxah missiyaya qoşulub. Təşkilatın sədri, professor Sevinc Əliyeva və üzvü Günel Həmidova 40-a yaxın əməkdaşa ərzaq sovqatı təqdim etmək üçün onların yaşadıqları ünvana baş çəkib.

Xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq evdə qalmaqla sağlamlıqlarını və yaxınlarını qoruyan yaşı 65-dən yuxarı olan əməkdaşlara, habelə tənha, aztəminatlı həmkarlara ərzaq yardımı təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: