Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın müxbir üzvü Rauf Qardaşovun məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edilib
13.05.2020 13:52
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Rauf Qardaşovun məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edilib

AMEA-nın Coğrafiya İnstitutunun Xəzər dənizinin monitorinqi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Rauf Qardaşovun həmmüəllif olduğu elmi məqalə 5 illik impakt faktoru 11.29 olan Q1 kateqoriyalı “Renewable and Sustainable Energy Reviews” jurnalında dərc edilib.

Məqalə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”na dəstək olaraq icra edilən və Günəş enerjisindən optimal istifadə sahəsində aparılan tədqiqatlara və mühüm nəticələrə həsr edilib. Məqalədə mürəkkəb topoqrafiyaya malik dağlıq bölgələrdə Günəş panelinin optimal istiqamətini seçməklə istehsal olunan elektrik enerjisini önəmli dərəcədə (10 faizədək) artırmağın mümkünlüyü qeyd olunur.

Tədqiqatın nəticələri dağlıq bölgələrdə yerləşən turizm və istirahət obyektlərində, eləcə də şəxsi evlərdə tətbiq edilə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: