Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Görkəmli dünya iqtisadçıları” kitabı çapdan çıxıb
13.05.2020 14:01
  • A-
  • A
  • A+

“Görkəmli dünya iqtisadçıları” kitabı çapdan çıxıb

AMEA-nın İqtisadiyyat İnstitutunun alimləri – professor İsa Alıyev, iqtisad elmləri doktoru Seyfəddin Səməndərov və iqtisad üzrə fəlsəfə doktoru, dosent Yaşar Məmmədovun “Görkəmli dünya iqtisadçıları" (iqtisadi fikir tarixi, I hissə) kitabı çapdan çıxıb. Nəşr İqtisadiyyat İnstitutunun yaradılmasının 60 illiyinə həsr olunub.

Kitabın elmi redaktoru professor İrşad Kərimli, rəyçiləri professorlar Dünyamalı Vəliyev, Ağarza Rüstəmov və i.e.d. Fuad Qənbərovdur.

Vəsaitdə ilk dəfə olaraq qədim dünya mütəfəkkirləri və XVI əsrdən baslayaraq iqtisad elminin tanınmış nümayəndələri haqqında qısa tərcümeyi-hallar, həmçinin onların yaşadıqları mühit, əsas elmi əsərləri, elmi müddəaları barədə materiallar yer alıb.

Yeni nəşr iqtisadçılar, bakalavrlar, magistrantlar, doktorantlar, eləcə də iqtisad elmi ilə maraqlananlar üçün faydalı mənbə rolunu oynayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: