Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Azərbaycanlı alim beynəlxalq konqresdə Gəmiqaya rəsmləri ilə bağlı məruzə edib
12.05.2020 11:47
  • A-
  • A
  • A+

Azərbaycanlı alim beynəlxalq konqresdə Gəmiqaya rəsmləri ilə bağlı məruzə edib

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov Ukraynanın Kiyev şəhərində keçirilən V Taras Şevçenko Beynəlxalq Sosial Elmlər Konqresində iştirak edib.

Ukrayna, Azərbaycan, Türkiyə, Gürcüstan, İtaliya, Fransa və digər ölkələrin alim və mütəxəssislərinin "Zoom" proqramı ilə qatıldığı tədbirdə Toğrul Xəlilov “Gəmiqaya rəsmlərinin yayılma sahəsi və mənası” mövzusunda məruzə ilə çıxış edib.

Tariximizin daş yaddaşı olan Gəmiqayanın tarixindən danışan alim ümummilli lider Heydər Əliyevin Azərbaycana siyasi hakimiyyətinin birinci dövründən etibarən orada tədqiqatların aparıldığını bildirib. Məruzəçi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 26 aprel 2001-ci il tarixli Sərəncamından bəhs edərək, həmin sənədin qədim abidənin öyrənilməsi və təbliğindəki əhəmiyyətini vurğulayıb. O, sərəncamdan sonra yerli və əcnəbi alimlərin iştirakı ilə Gəmiqayaya təşkil edilən ekspedisiyalarda əldə olunan maraqlı nəticələri diqqətə çatdırıb.

Toğrul Xəlilov mövzu ilə bağlı iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: