Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“İKT vasitələrindən istifadə edərək pandemiya dövrünün idarə olunması” mövzusunda onlayn iclas keçirilib
11.05.2020 11:33
  • A-
  • A
  • A+

“İKT vasitələrindən istifadə edərək pandemiya dövrünün idarə olunması” mövzusunda onlayn iclas keçirilib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının “İKT vasitələrindən istifadə edərək pandemiya dövrünün idarə olunması” mövzusunda onlayn iclası keçirilib.

İclasda şuranın sədri, riyaziyyat üzrə fəlsəfə doktoru Rəşad Məstəliyev institutun gənc alimlərinin pandemiya dövründəki fəaliyyəti, yerinə yetirdikləri işlər barədə məlumat verib. O, ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti nəticəsində yaradılan imkanlardan danışaraq, gənc alimlərə bu fürsətlərdən yetərincə faydalanmağı tövsiyə edib.

Sonra şuranın sədr müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygün Əliyeva pandemiya dövründə yanlış və neqativ informasiyalardan qorunmaqla inkişafın təmin olunmasından, bu kimi məlumatların yarada biləcəyi çətinliklərdən söz açıb.

Şuranın sədr müavini, kiçik elmi işçi Lamiyə Nəcəfova isə karantin dövründə tədris prosesində tətbiq olunan informasiya-kommunikasiya texnologiyaları və distant təhsildən danışıb. Bu sahədə istifadə edilən yeni proqram və vasitələrin təhsildə rolunu qeyd edib.

İnstitutun elmi işçiləri Sevinc Babayeva karantin dövründə Xarici əlaqələr şöbəsi tərəfindən yerinə yetirilən işlər və üzərində çalışdığı dissertasiya işi, Valeriya Puşnova yeni çapdan çıxmış “Distant təhsil” mövzusunda məqaləsi, Ləman Məmmədova 3.5 saylı laboratoriyada aparılan tədqiqatlar və Ukraynada keçirilən onlayn beynəlxalq konfrans üçün tezislər ətrafında çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: