Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar sərgi açılıb
08.05.2020 11:45
  • A-
  • A
  • A+

Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar sərgi açılıb

AMEA Hüseyn Cavidin Ev Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə sərgi təşkil edilib. Sərgidə ulu öndər Heydər Əliyevin həyatının müxtəlif dövrlərini əhatə edən fotolar, “Müstəqilliyimiz əbədidir” çoxcildliyi və bir sıra kitablar nümayiş olunur. 

Eyni zamanda, muzeyin rəsmi saytında və “Facebook” səhifəsində ulu öndərə həsr edilmiş videoçarx yerləşdirilib.

Qeyd edək ki, bu il muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı “Heydər Əliyev və Hüseyn Cavid” adlı monoqrafiyasını yenidən nəşrə hazırlayır. Monoqrafiyada dahi sənətkar Hüseyn Cavid irsinə ümummilli lider Heydər Əliyevin göstərdiyi diqqət və qayğıdan bəhs olunur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: