Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mərkəzi Elmi Kitabxana fəaliyyətinin təşkilinə dair telekonfrans keçirib
07.05.2020 13:27
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxana fəaliyyətinin təşkilinə dair telekonfrans keçirib

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına əsasən Mərkəzi Elmi Kitabxanada (MEK) sosial təcrid şəraitində alim və mütəxəssislərin informasiya təminatının ödənilməsi, pandemiya dövründə qurumun fəaliyyətinin təşkili məsələlərinə həsr olunan telekonfrans keçirilib.

Kitabxana rəhbərliyinin və şöbə müdirlərinin iştirakı ilə keçirilən telekonfransda MEK-in koronavirus pandemiyası dövründə fəaliyyəti təhlil edilib, görüləcək işlərin əsas istiqamətləri, işçi kontingentinin tərkibi və digər məsələlər müzakirə edilib.

Telekonfransda Elnur Hüseynov, Xuraman İsmayilova, Aygün Səfərova, Elmar Quliyev alim və mütəxəssislərin informasiya təminatının tam ödənilməsi üçün görülən işlər barədə məlumat veriblər. Bundan əlavə, qarşıda duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, hər bir əməkdaşa üzərinə düşən öhdəliklər həvalə edilib.

Xatırladaq ki, konfransın keçirilməsində məqsəd oxucuların daha çox marağını cəlb edən mövzularda resursların elektron bazalarını yaratmaq, alim və mütəxəssislər üçün pandemiya dövründə lazımi informasiyanın əlçatan olmasını təmin etməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: