Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Aşqarlar Kimyası İnstitutunun fəaliyyəti xüsusi karantin rejiminin tələblərinə uyğun bərpa olunub
06.05.2020 11:02
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunun fəaliyyəti xüsusi karantin rejiminin tələblərinə uyğun bərpa olunub

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar AMEA əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında” 2020-ci 4 may tarixli sərəncamına əsasən Aşqarlar Kimyası İnstitutunda işçilərin fəaliyyəti qismən bərpa olunub.

Uzadılmış karantin rejimində fəaliyyətin təmin edilməsi üçün Kadrlar şöbəsi yaşı 65-dən aşağı olan, gündəlik işə çıxmaları vacib əməkdaşların sayını (ümumi əməkdaşların sayının 30 faizindən çox olmaması şərtilə) müəyyənləşdirib və onların adı “icaze.e-gov.az” portalına yerləşdirilib.

Xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq institut binasının iş otaqları dezinfeksiya edilib və işə çıxan əməkdaşlar qoruyucu maska, spirt, antiseptik gel və digər vasitələrlə təmin olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: