Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Günəş yanacağının istehsalında qeyri-üzvi katalizatorların roluna dair məqalə çapdan çıxıb
05.05.2020 11:09
  • A-
  • A
  • A+

Günəş yanacağının istehsalında qeyri-üzvi katalizatorların roluna dair məqalə çapdan çıxıb

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun beynəlxalq Bionanotexnologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Süleyman Allahverdiyevin məqaləsi impakt faktoru 13.476 olan “Coordination Chemistry Reviews” jurnalında işıq üzü görüb.

“Fotosistem II-də suyu oksidləşdirən kompleks: onun quruluşu və manqan-oksid əsaslı katalizatorlarla əlaqəsi” adlı məqalədə son dövrlərdəki quruluş tədqiqatları, o cümlədən yüksək ayırıcılıq təhlil olunub. Bundan əlavə, suyu oksidləşdirən kompleksin zərərsiz radiasiya və femtosaniyəlik rentgen lazerləri ilə sərbəst elektronlarda müşahidə edilən aralıq S-vəziyyətləri nəzərə alınaraq, bioloji aktiv sahənin quruluşu və funksiyası müzakirə olunub, onun günəş yanacağının istehsalı üçün qeyri-üzvi katalizatorların işlənib hazırlanmasında əhəmiyyəti göstərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: