Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Professor Vüqar Əhmədin “Koroğlu” romanı nəşr olunub
04.05.2020 12:05
  • A-
  • A
  • A+

Professor Vüqar Əhmədin “Koroğlu” romanı nəşr olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, yazıçı-publisist, professor Vüqar Əhmədin “Koroğlu” romanı çap olunub.

Kitabın "Ön söz"ünün müəllifi Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoydur. Bədii əsərin rəyçisi “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı, redaktoru isə Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi Təhminə Vəliyevadır.

Tarixi mövzuda qələmə alınan əsər müəllifin 4-cü romanıdır.

“Koroğlu” dastanının motivləri əsasında yazılmış roman Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə ithaf olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: