Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

01.05.2020 14:17
  • A-
  • A
  • A+

Azərbaycan arxeoloqlarının məqalələrinin yer aldığı toplunun onlayn təqdimatı keçirilib

Azərbaycan arxeoloqlarının məqalələrinin yer aldığı toplunun onlayn təqdimatı keçirilib

2018-ci ildə İtaliyanın Florensiya şəhərində keçirilən “Kurqanların qurulması: Qafqaz, Şimal-Qərbi İran və Şərqi Anadoluda kurqanlar və dəfn adətləri” adlı beynəlxalq elmi konfransın materialları əsasında hazırlanan toplunun onlayn təqdimatı baş tutub.

Tədbir İtaliyanın Qədim Aralıq Dənizi Hövzəsi və Yaxın Şərq Tədqiqatı Mərkəzinin, eləcə də Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

ABŞ, Türkiyə, Almaniya, İtaliya, Fransa, İngiltərə, Rusiya, Gürcüstan və İran arxeoloqlarının iştirak etdiyi videotəqdimatda ölkəmizi AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, t.ü.f.d. Zaur Həsənov təmsil edib.

Tədbiri giriş sözü ilə İtaliyanın Katanya Universitetinin professoru Nikola Laneri və Fransanın Nitsa Sofia Antipolis Universitetinin professoru Culio Palumbi açıblar. ABŞ-ın Nyu-York Universitetinin professoru Karen Rubinson isə təqdimatı keçirilən kitab haqqında məlumat verib və gələcəkdə nəzərdə tutulan tədqiqatlardan danışıb.

Daha sonra Z.Həsənov "Xocalı və Mingəçevir kurqanlarının dəfn adətləri: Onların Mərkəzi Asiya və Şimali Qara dəniz İskit-Saka kurqanları ilə bağlılığı" mövzusunda məruzə ilə çıxış edib.

Qeyd edək ki, yeni nəşrdə Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Bəxtiyar Cəlilov, Zaur Həsənov və Müzəffər Hüseynovun məqalələri yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: