Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Muzey əməkdaşının videoməruzəsi təqdim olunub
30.04.2020 11:10
  • A-
  • A
  • A+

Muzey əməkdaşının videoməruzəsi təqdim olunub

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi pandemiya ilə əlaqədar tətbiq olunan karantin rejiminə baxmayaraq 100 illik yubileyinə hazırlıq tədbirlərini davam etdirir.

Yubiley tədbirlərinin bir qrupunu muzeyin zəngin kolleksiyasında qorunan maddi mədəniyyət nümunələrini ictimaiyyətə tanıtdırmaq təşkil edir.

Muzeyin Köməkçi tarixi fənn materialları fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Sənubər Qasımova “Azərbaycanın quberniya və qəza şəhərlərinin gerbləri” adlı videoməruzəsini təqdim edib. Videoməruzədə gerblər və heraldika haqqında ətraflı məlumat verilib, eyni zamanda, Azərbaycanın quberniya və qəza şəhərlərinin gerblərinin təsvirləri muzeyin fondunda qorunan rəsmlər əsasında təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: