Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Əsrin müqaviləsi”nin 20 illiyi münasibəti ilə gənc alimlər arasında keçirilmiş müsabiqənin nəticələri məlum olub
21.10.2014 00:00
  • A-
  • A
  • A+

“Əsrin müqaviləsi”nin 20 illiyi münasibəti ilə gənc alimlər arasında keçirilmiş müsabiqənin nəticələri məlum olub

“Əsrin müqaviləsi” böyük neft sazişinin imzalanmasının 20 illiyi münasibəti ilə AMEA-nın gənc alimləri arasında elan olunmuş müsabiqənin nəticələri məlum olub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun dəstəyi ilə keçirilmiş müsabiqə neft-qaz və neft-kimya sahəsində fundamental, həmçinin tətbiqi tədqiqatlarda fəal olan gənc alimlərin elmi araşdırmalarını stimullaşdırmaq, onlara geniş imkanlar yaratmaq məqsədi daşıyır.

AMEA prezidenti, akademik Akif Əlizadənin sərəncamı ilə yaradılmış komissiyaya 27 gənc alim elmi nəticələrini təqdim edib. Komissiya gənc tədqiqatçıların nailiyyətlərini ekspertizadan keçirərək qiymətləndirib. Sonda 19 nəfər 3 kateqoriya üzrə mükafata layiq görülüb.

Qeyd edək ki, 1-ci yer 3000, 2-ci yer 2000, 3-cü yerin mükafatı isə 1000 manatdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: