Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

MBBİ-nin əməkdaşı AzTV kanalının “Telesəhər” verilişinin qonağı olub
25.04.2020 14:45
  • A-
  • A
  • A+

MBBİ-nin əməkdaşı AzTV kanalının “Telesəhər” verilişinin qonağı olub

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Xudaverdiyeva AzTV kanalının “Telesəhər” verilişinin qonağı olub.

“Koronavirusun daşıyıcısı olan heyvanlar sahiblərini yoluxdura bilərlərmi?” mövzusunda çıxış edən S.Xudaverdiyeva bu virusun yaranma tarixindən danışıb, onun insanlarla yanaşı, heyvanlarda da kəskin respirator sindrom yaratdığını bildirib.

Alim qeyd edib ki, koronavirusun heyvandan insana və ya əksinə keçməsi haqqında kifayət qədər tədqiqatlar aparılmasa da, ehtiyat tədbirləri görmək üçün pandemiya dövründə ev heyvanları ilə distansiya saxlanılmalı, ev heyvanlarının bir-biriləri ilə təması məhdudlaşdırılmalıdır. O, vurğulayıb ki, Çin alimləri tərəfindən aparılan araşdırmalara görə, heyvanlar arasında pişiklər və dağ dələləri bu virusa yoluxmağa daha həssasdırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: