Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA və Fransanın Monpelye Universiteti birgə doktorantura proqramı elan edir
25.04.2020 13:48
  • A-
  • A
  • A+

AMEA və Fransanın Monpelye Universiteti birgə doktorantura proqramı elan edir

AMEA və Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında çərçivə sazişi əsasında növbəti birgə doktorantura proqramı elan olunur.

Namizədlər həm AMEA, həm də Monpelye Universitetinin doktorantı kimi qeydiyyatdan keçiriləcək və hər iki təşkilatdan elmi rəhbərlə təmin ediləcəklər. Proqramın şərtlərinə görə, doktorantlar təhsil müddətinin 2 ilini Monpelye Universitetində, 1 ilini AMEA-da tamamladıqdan sonra həm Azərbaycan, həm də Fransa tərəfindən fəlsəfə doktoru diplomlarına layiq görüləcəklər.

Müsabiqə üçün elan edilən mövzuların siyahısı:

˗ Combining IMGT/2D/3D structure-DB with AI methodologies to unravel the secrets of paratope & epitope complementarity;

˗ Improving food safety with Brucella vaccine strains that do not survive in milk;

˗ Increase the shelf life and safety of packed fresh food thanks to innovative packaging solutions.

Müraciətlər mayın 15-dək AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsi tərəfindən qəbul edilir. Təqdim olunacaq sənədlər haqqında ətraflı məlumat və ərizə formaları üçün Xarici əlaqələr idarəsinə müraciət edilməlidir.

Tel.: (+994 12) 492 34 46

Email: esmira.alirzayeva@science.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: