Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Beynəlxalq Muğam Mərkəzində növbəti canlı konsert akademik Аrif Məlikovun yaradıcılığına həsr edilib
24.04.2020 14:42
  • A-
  • A
  • A+

Beynəlxalq Muğam Mərkəzində növbəti canlı konsert akademik Аrif Məlikovun yaradıcılığına həsr edilib

Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə reallaşdırdığı “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzindən (BMM) növbəti canlı konsert proqramı təqdim olunub.

Layihənin “Əbədiyaşarlarımız” adlı təqdimatının bu həftəki buraxılışı görkəmli bəstəkar, Xalq artisti, akademik Arif Məlikov yaradıcılığına həsr edilib.

Canlı yayımda BMM-nin solistlərinin ifasında muğamlarımız, xalq mahnıları və təsniflər səsləndirilib. 

Verilişdə, həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistri, rəssam Röya Həsənova layihəyə töhfə olaraq bəstəkar Arif Məlikovun portretini təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: