Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA sistemində çalışanların əmək şəraiti daha da yaxşılaşdırılacaq
21.10.2014 00:00
  • A-
  • A
  • A+

AMEA sistemində çalışanların əmək şəraiti daha da yaxşılaşdırılacaq

AMEA Azad Həmkarlar İttifaqının sədri, professor İsa Alıyev Coğrafiya İnstitutunun əməkdaşları ilə görüşüb.

İnstitutun direktoru, akademik Ramiz Məmmədov əməkdaşların elmi və ictimai həyatında həmkarlar ittifaqının rolundan danışıb. O, belə görüşlərin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Coğrafiya İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri, c.ü.f.d. Habil Haqverdiyev bu elmi qurumun həmkarlar komitəsinin vəzifələri və mövcud problemlərin həlli yolları haqqında ətraflı məlumat verib.

Həmkarlar ittifaqının qarşısında duran vəzifələrdən söz açan AMEA Azad Həmkarlar İttifaqının sədri, professor İsa Alıyev akademiya sistemində çalışanların əmək şəraitinin yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili, işçilərin sağlamlığının mühafizəsi istiqamətində ardıcıl tədbirlərin həyata keçiriləcəyini bildirib.

Görüşdə Azad Həmkarlar İttifaqının Rəyasət heyətinin üzvü, iqtisadiyyat üzrə fəlsəfə doktoru Pərviz Həsənov və ittifaqın sədr müavini Səyyar Abdullayev də iştirak ediblər.

Sonra institut əməkdaşlarının sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: