Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Genetik Ehtiyatlar İnstitutunun əməkdaşlarının beynəlxalq jurnallarda 6 məqaləsi nəşr olunub
20.04.2020 13:29
  • A-
  • A
  • A+

Genetik Ehtiyatlar İnstitutunun əməkdaşlarının beynəlxalq jurnallarda 6 məqaləsi nəşr olunub

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun alimlərinin 2020-ci ilin ilk rübündə 6 məqaləsi beynəlxalq bazalara daxil olan jurnallarda nəşr olunub.

Belə ki, institut alimlərinin "CİMMYT" və "İCARDA" beynəlxalq elmi mərkəzlərinin tanınmış alimləri ilə birgə müəllifi olduqları məqalə “Springer” nəşriyyatına daxil olan “Genetic Resources and Crop Evolution” jurnalının 2-ci nömrəsində dərc olunub. Tədqiqat işi Azərbaycanda mövcud olan eqilops populyasiyalarının DarTseq və SNP markerləri əsasında genetik müxtəlifliyin tədqiqinə həsr edilib.

İnstitutun Molekulyar sitogenetika şöbəsinin alimlərinin Macarıstan Aqrar Tədqiqatlar Mərkəzinin mütəxəssisləri ilə birgə hazırladıqları məqalə “Cytogenetic and Genome Research” jurnalının 1-ci nömrəsində nəşr olunub. Məqalə tritikale ilə yumşaq buğda hibridlərinin molekulyar sitogenetik təhlilindən bəhs edir.

Çap olunmuş digər 4 məqalə isə institutun doktorantlarının dissertasiya işlərinin nəticələri əsasında hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: