Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA və Tacikistan Respublikası Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında Saziş imzalanıb
20.10.2014 00:00
  • A-
  • A
  • A+

AMEA və Tacikistan Respublikası Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında Saziş imzalanıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tacikistan Respublikasına səfəri çərçivəsində “Azərbaycan Milli Elmlər Akademiyası və Tacikistan Respublikası Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında Saziş” imzalanıb. Sazişi nümayəndə heyətinin tərkibində olan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə və Tacikistan Elmlər Akademiyasının prezidenti Farxod Rahimi imzalayıblar. Hər iki ölkənin əsas elmi qurumları arasında imzalanan sənəd ölkələr arasında elmi əməkdaşlığın bütün sahələrini əhatə edir və beynəlxalq müqavilə statusuna malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: