Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Cənubi Azərbaycanın türk (Azərbaycan) oykonimləri” kitabı çapdan çıxıb
18.04.2020 12:26
  • A-
  • A
  • A+

“Cənubi Azərbaycanın türk (Azərbaycan) oykonimləri” kitabı çapdan çıxıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin böyük elmi işçisi Aybəniz Həsənovanın “Cənubi Azərbaycanın türk (Azərbaycan) oykonimləri” kitabı çapdan çıxıb.

Giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan kitabda ilk dəfə xalqımızın ən qədim yaşayış məskənlərindən olan Cənubi Azərbaycan ərazisindəki yaşayış məntəqə adları toplanıb və müasir toponimik səviyyədə tədqiq edilib.

Nəşrdə ilk dəfə olaraq Cənubi Azərbaycan oykonimiyası sistemləşdirilib, onların qeydə alındığı mənbə və məxəzlər nəzərdən keçirilib, ayrı-ayrı paleo və mezooykonimlərin imkan daxilində ilkin forma və variantları bərpa edilib, oykonimik adların yaranma və törəmə, meydana gəlmə və normalaşma yolları müəyyənləşdirilib. Bundan başqa, əsərdə onların leksik-semantik qrupları (etnooykonimlər, antropooykonimlər, fitooykonimlər, orooykonimlər, hidrooykonimlər, əlamət və keyfiyyət bildirən oykonimlər və s.) aydınlaşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: