Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Milli Azərbaycan Tarixi Muzeyində Nəriman Nərimanovun yubileyinə həsr olunan onlayn mühazirələrə başlanılıb
15.04.2020 14:15
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyində Nəriman Nərimanovun yubileyinə həsr olunan onlayn mühazirələrə başlanılıb

Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi onlayn silsilə mühazirələrə başlayıb.

Aprelin 14-də baş tutan ilk onlayn məruzədə muzeyin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov “Nəriman Nərimanovun yaradıcılığında milli-dini məsələlərə baxış” mövzusunda çıxış edib. Ə.Fərhadov tərəfindən muzeyin fond materialları və N.Nərimanovun əsərləri əsasında mütəfəkkirin milli və dini həmrəyliyə, dinlər və məzhəblərə baxışı, daşnak terrorizminə qarşı mübarizəsi, multikultural ideyaları təqdim və təhlil olunub.

Muzey əməkdaşlarının mövzu üzrə silsilə çıxışları davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: