Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Əsas irsin mərkəzində
15.04.2020 11:47
  • A-
  • A
  • A+

Əsas irsin mərkəzində

Akademik Arif İsmayılzadə elmdə uzun və çətin bir yol keçib.

Aprelin 9-da petrologiya sahəsində tanınmış alim, Azərbaycan Respublikasının Əməkdar geoloqu, AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, akademik Arif İsmayılzadə 82 yaşında vəfat edib.

Akademik A.İsmayılzadə 1937-ci ilin avqustunda Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft və Sənaye İnstitutu) Geoloji kəşfiyyat fakültəsinə, sonra isə AMEA-nın Geologiya İnstitutunun aspiranturasına daxil olub, namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilib.

O, əmək fəaliyyətinə 1959-cu ildə Geologiya və Geofizika İnstitutunda kiçik elmi işçi kimi başlayıb, tez bir zamanda baş elmi işçidən Dərin maqmatik proseslər laboratoriyasının və Neftologiya və metallogeniya şöbəsinin müdiri vəzifələrinə yüksəlib.

Arif İsmayılzadə 1995-ci ildən Azərbaycan Milli Geoloqlar Komitəsinin icraçı katibi, 2007-2013-cü illərdə Ali Attestasiya Komissiyasının Yer Elmləri Bölməsinin akademik-katibi olub. 2001-ci ildən etibarən nəşriyyat sahəsində AMEA-nın “İzvestiya” (“Yer Elmləri” seriyası) və “AMEA Geologiya və Geofizika İnstitutunun məqalələri” jurnallarının redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərib.

Alim yüksəkixtisaslı kadr hazırlığı sahəsində əvəzolunmaz xidmətlərə malikdir. Təxminən iyirmi il Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Minerallar kafedrasında pedaqoji fəaliyyətlə məşğul olmuş alimin xatirəsini buradakı tələbələri böyük ehtiramla yad edirlər.

Akademikin əsas tədqiqat istiqamətlərini yer qabığının, üst mantiyanın və proseslərin hissəciklərinin struktur və faza vəziyyətinin modelləşdirilməsi, eləcə də litosferik plitələrin dağıdıcı sərhədlərində müxtəlif geodinamik rejimlərdə yer qabığının inkişaf problemlərinin modelləşdirilməsi əhatə edib.

Son on ildə akademik A.İsmayılzadə Kiçik Qafqazın şimal-şərq yamacında mezozoy maqmatizminin təzahüründə və müxtəlif mineral yataqlarının meydana gəlməsinə səbəb olan metalogenik ixtisaslaşmada hibridizminin tədqiqi ilə məşğul olub.

Akademik A.İsmayılzadəyə xas olan yüksək mədəniyyət və etik davranış, təşkilatçılıq bacarığı, elmi və istehsal problemlərini daha yaxşı başa düşmək istəyi, tədqiqat proqramlarının həyata keçirilməsində yüksək mənəvi məsuliyyət ona respublikamızın və digər ölkələrin elmi və sənaye təşkilatlarının geoloqları arasında layiqli hörmət qazandırıb.

“Kaspi” qəzeti

  • Paylaş: