Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İqtisadiyyat İnstitutunda magistrantlar üçün onlayn dərslər təşkil olunub
10.04.2020 12:52
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunda magistrantlar üçün onlayn dərslər təşkil olunub

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” sərəncamına əsasən, İqtisadiyyat İnstitutunun I kurs magistrantları üçün martın 29-dan başlayaraq dərslər distant formada tədris olunur.

İnstitutun Təhsil şöbəsinin müdiri, dos. Gülsurə Mehdiyeva bildirib ki, distant tədris ikinci semestr üzrə təsdiqlənmiş dərs cədvəlinə uyğun olaraq aparılır. Magistrantlar mühazirə və təqdimatların elektron variantını e-mail vasitəsilə əldə edirlər. Həmçinin mütəmadi olaraq dərslərin gedişatı haqqında müəllim və magistrantlardan məlumatlar alınır, dərslərə nəzarət edilir.

Elmi müəssisə rəhbərliyinin və Təhsil şöbəsinin nəzarəti altında həyata keçirilən distant tədris prosesi barədə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə mütəmadi olaraq məlumatlar verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: