Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İdarəetmə Sistemləri İnstitutunun magistrantları üçün onlayn rejimdə dərslər təşkil olunur
10.04.2020 12:27
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun magistrantları üçün onlayn rejimdə dərslər təşkil olunur

Koronavirus pandemiyasının (COVID-19) Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkədə bütün təhsil müəssisələrində tədris dayandırılıb. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” sərəncamına əsasən akademiyanın İdarəetmə Sistemləri İnstitutunda təhsil alan I kurs magistrantlar üçün martın 29-dan başlayaraq distant tədris təşkil edilib.

Hazırda elmi müəssisənin I kurs magistraturasında "Riyaziyyat", "Kompüter elmləri", "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasları üzrə 10 magistrant təhsil alır. Tədris prosesinə cəlb edilmiş professor-müəllim heyəti öz işçi planlarında (sillabuslarda) nəzərdə tutduqları mövzuların tədrisini internet üzərindən müxtəlif proqram-texniki vasitələr ilə həyata keçirir, mühazirə və təqdimatların, tapşırıqların elektron variantını e-poçt vasitəsilə magistrantlara göndərir, onlarla onlayn rejimdə dərslər təşkil edirlər.

İnstitutun Təhsil şöbəsi müəllimlərdən və magistrantlardan dərslərin gedişi haqqında mütəmadi məlumatlar alaraq müəssisənin rəhbərliyinə və AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinə təqdim edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: