Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şamaxı Astrofizika Rəsədxanasının direktoru qurumun hazırkı fəaliyyəti ilə bağlı tele-müsahibə verib
08.04.2020 13:30
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasının direktoru qurumun hazırkı fəaliyyəti ilə bağlı tele-müsahibə verib

Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov koronavirusla əlaqədar mövcud şəraitdə rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə tele-müsahibə verib.

Namiq Cəlilov bildirib ki, sosial izolyasiya rejimi ilə əlaqədar rəsədxana öz işini minimum təmas çərçivəsində qurur. Belə ki, müəssisənin şöbə müdirləri və əməkdaşları mütamadi olaraq onlayn formada elmi mövzuların müzakirəsini həyata keçirirlər.

Direktor qeyd edib ki, rəhbərlik etdiyi qurumun əsas binasında, o cümlədən teleskoplarda aparılan dezinfeksiya tədbirlərindən əlavə, Şamaxı Rayon İcra Hakimiyyəti ilə birgə rəsədxananın yaşlı əməkdaşlarının ərzaq və digər zəruri ehtiyaclarının təmin olunması, eləcə də ehtiyac yarandıqda tibbi xidmətin təşkili həyata keçirilir.

AMEA-nın müxbir üzvü N.Cəlilov qurumun magistrantları üçün həftənin 5 günü təşkil olunan distant dərslərdən də söhbət açıb. Bildirib ki, I kurs magistrantlar üçün rəsədxana alimləri tərəfindən onlayn dərslər təşkil olunur. II kurs magistrantlar isə elmi-pedoqoji təcrübəyə cəlb olunub və dissertasiya işlərinin tamamlanması ilə bağlı mütəmadi olaraq elmi rəhbərləri ilə distant əlaqə saxlayırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: