Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Geologiya və Geofizika İnstitutunun magistrantları üçün dərslər onlayn qaydada davam etdirilir
08.04.2020 12:37
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunun magistrantları üçün dərslər onlayn qaydada davam etdirilir

AMEA-nın Geologiya və Geofizika İnstitutunda təhsil alan magistrantlar üçün dərslər distant qaydada həyata keçirilir.  

Hazırda institutda “Geologiya”, “Geologiya mühəndisliyi” və “Geofizika mühəndisliyi” ixtisasları üzrə biri ikinci kursda olmaqla 10 magistrant təhsil alır. İnstitutun birinci kursunda təhsil alan magistrantlar üçün 5 ixtisaslaşmanın tədris planlarında nəzərdə tutulan fənlər üzrə dərslər qəbul edilmiş cədvələ uyğun olaraq onlayn rejimdə aparılır. Dərslərə davamiyyət və qiymətləndirmə isə həm onlayn, həm də mühazirələr üzrə aparılır.

İnstitutun tədris prosesinə cəlb edilmiş professor-müəllim heyəti fənn proqramlarında nəzərdə tutulan mövzuların tədrisini elektron telekоmmunikasiya vasitələri əsasında həyata keçirir. İnstitut rəhbərliyi dərslərə daim nəzarət edir, müəllim və tələbələrlə əlaqə saxlayaraq dərslərin gedişatı ilə maraqlanır.

Bununla yanaşı, ikinci kursda təhsil alan magistrantın elmi rəhbəri tərəfindən dissertasiya işinin yekunlaşdırılması üçün məsləhət saatları təşkil edilir.

Tədris prosesinin effektivliyinə və əhatə dairəsinə nəzarət etmək məqsədilə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsi tərəfindən akademiyanın magistratura təhsilini həyata keçirən elmi müəssisələrinin Təhsil şöbələrinin rəhbərləri və magistrantlarla müntəzəm onlayn sorğular aparılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: