Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şamaxı Astrofizika Rəsədxanasının magistrantları üçün distant dərslər keçirilir
07.04.2020 14:00
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasının magistrantları üçün distant dərslər keçirilir

Koronavirus pandemiyası ilə əlaqədar ölkə səviyyəsində karantin rejiminin tətbiqini, eləcə də AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin magistrantlar üçün distant təhsilin təkşili ilə bağlı müvafiq sərəncamını nəzərə alaraq Şamaxı Astrofizika Rəsədxanasında magistrantlar üçün dərslər distant qaydada təşkil olunur.

Rəsədxananın birinci kurs magistrantları üçün dərslər müvafiq cədvələ uyğun olaraq qurumun aparıcı alimləri tərəfindən onlayn formada həyata keçirilir.

İkinci kurs magistrantlar isə distant yolla elmi-pedaqoji təcrübəyə cəlb olunub. Bundan başqa, onların dissertasiya işlərinin yazılıb tamamlanması üçün elmi rəhbərləri tərəfindən mütəmadi olaraq tele-görüşlər keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: