Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Qarabağ ədəbi-mədəni mühiti (XIX əsrin ikinci yarısı – XX əsrin əvvəlləri)” adlı monoqrafiya çapdan çıxıb
07.04.2020 13:44
  • A-
  • A
  • A+

“Qarabağ ədəbi-mədəni mühiti (XIX əsrin ikinci yarısı – XX əsrin əvvəlləri)” adlı monoqrafiya çapdan çıxıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Əhmədovanın “Qarabağ ədəbi-mədəni mühiti (XIX əsrin ikinci yarısı – XX əsrin əvvəlləri)” adlı monoqrafiyası çapdan çıxıb. Nəşrin elmi məsləhətçisi akademik Teymur Kərimli, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə, "Ön söz"ün müəllifi isə professor Yaqub Babayevdir. 

Monoqrafiyada XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində Qarabağ ədəbi mühitində yetişən sənətkarlar barədə oçerklər təqdim olunub. Qarabağda doğulub böyümüş, yaşayıb-yaratmış şairlər, nasir və publisistlərin yaradıcılığına ayrı-ayrı oçerklərdə ümumi nəzər salınıb, bu vaxta qədər tədqiqatdan kənarda qalmış məsələlərə toxunulub, təhlillər aparılıb.

Əsərdə təqdim olunan oçerklər həmin dövrlərdə Qarabağ ədəbi mühitinin aparıcı simalarından olan Qasım bəy Zakir, Sədi Sani Qarabaği, Mir Möhsün Nəvvab, Xurşudbanu Natəvan, Növbəri, Həsənəli xan Qaradaği, Abdulla bəy Asi, Mir Mehdi Xəzani, Xarrat Qulu, Məşədi Məhəmməd Bülbül, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firidun bəy Köçərli, Üzeyir Hacıbəyli və digər şəxsiyyətlərə həsr olunub.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: