Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Əlyazmalar İnstitutu fəaliyyətini distant şəkildə davam etdirir
07.04.2020 13:11
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutu fəaliyyətini distant şəkildə davam etdirir

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 20 mart 2020-ci il tarixində keçirdiyi müşavirədə bəzi dövlət qurumlarının, o cümlədən AMEA əməkdaşlarının 2020-ci il martın 29-dan bir ay müddətinə əməkhaqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilməsi haqqında qərar qəbul olunub.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun kollektivi elmi fəaliyyətlərini sosial izolyasiya və xüsusi karantin rejiminin şərtlərinə əməl etməklə davam etdirirlər. Belə ki, qurumun əlyazmaların tərcüməsi, transfoneliterasiyası üzərində çalışan alim və tədqiqatçıları araşdırmaları davam etdirir, yeni məqalələrin yazılması, çapa hazırlanacaq materialların redaktəsi üzərində işləyir, eləcə də “Web of Science” elmi bazasına daxil olan jurnallarda öz tədqiqat işlərini dərc etdirmək üçün onları ingilis dilinə tərcümə etdirirlər. İnstitutun əməkdaşları onlayn kitabxanaların xidmətlərindən də fəal şəkildə istifadə edirlər.  

Qeyd edək ki, bu yaxınlarda institutun direktoru, akademik Teymur Kərimli, qurumun rəhbər heyəti və şöbə müdirləri arasında videokonfrans keçirilib.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: