Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Yer kürəsinə Atlas kometi yaxınlaşır
30.03.2020 13:48
  • A-
  • A
  • A+

Yer kürəsinə Atlas kometi yaxınlaşır

Bu yaxınlarda aşkar edilmiş, rəsmi adı C/2019 Y4 olan Atlas kometi Yerə yaxınlaşır. Parlaqlığına görə Veneraya bərabər olan göy cismi son bir neçə gün ərzində daha parlaq olub. Bu tendensiya Atlasın Günəşə yaxınlaşması ilə artır.

poisknews.ru saytının məlumatına görə, hazırda kometi ulduzların 8-ci ölçü (orta ölçülü teleskopla görünən, lakin adi gözlər görünməyən) parlaqlığına aid edirlər. İşıqlanmanın intensivliyi belə sürətlə artarsa, Yer kürəsinə may ayında yaxınlaşması gözlənilən kometin parlaqlığı 31 may 2020-ci il tarixində mənfi 11.7 (-11.7) olacaq. Bu təqribən Ayın parlaqlığına bərabərdir ki, beləcə Atlası gündüz adi gözlə görmək mümkün olacaq.

  • Paylaş: