www.science.az
28.03.2020 12:30

Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

COVID-19 virusunun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində zəruri tədbirlər görülür.

Ölkənin hər bir yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı mühüm işlər həyata keçirilir.

Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 24 mart 2020-ci il tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu” yaradılıb və fondun xəzinə hesabı açılıb.

Naxçıvanın dövlət qurumlarının kollektivləri, hüquqi və fiziki şəxslər tərəfindən fonda vəsaitlərin köçürülməsi davam etdirilir.

AMEA-nın Naxçıvan Bölməsi də Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım kampaniyasına qoşulub. Bölmə əməkdaşları bir aylıq əməkhaqqılarının bir hissəsini könüllü şəkildə fonda ianə ediblər. Naxçıvan Bölməsi tərəfindən fonda ümumilikdə 12 min 543 manat vəsait köçürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.