www.science.az
28.03.2020 10:50

İlk avtomatlaşdırılmış COVID-19 testi hazırlanıb

Koronavirusla mübarizənin ən əhəmiyyətli strategiyalarından biri genişmiqyaslı diaqnostikadır. Lakin testlərin əksəriyyəti nəticələri həmin anda təqdim etmir. Almaniyanın “Bosch” şirkəti tamamilə avtomatlaşdırılmış sürətli COVID-19 testi hazırlayıb.

hightech.plus saytı xəbər verir ki, analiz dəsti aprel ayında Almaniyada, daha sonra isə digər ölkələrdə istifadə olunacaq. Onun əsasında “Vivalytic” diaqnostika aparatı dayanır.

Test koronavirusla yanaşı, altı respirator xəstəliyini, məsələn, A və B qrip viruslarını müəyyən edir. Aparatın laboratoriya sınaqları zamanı dəqiqlik 95% təşkil edib.

Analiz nümunələri laboratoriyaya göndərməyə və cavabı gözləməyə ehtiyac olmadan birbaşa xəstəxanada və ya tibb mərkəzlərində aparıla bilər. Həkimlər virusa yoluxmuş insanları daha sürətli müəyyən etməklə tez zamanda təcrid edə biləcəklər.