Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Naxçıvanın muxtariyyəti tarixinə həsr edilən respublika elmi konfransının materialları nəşr edilib
28.03.2020 11:07
  • A-
  • A
  • A+

Naxçıvanın muxtariyyəti tarixinə həsr edilən respublika elmi konfransının materialları nəşr edilib

“Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə” respublika elmi konfransının materialları işıq üzü görüb.

Kitabda 22 noyabr 2019-cu ildə AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvanşünaslıq Mərkəzi, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən respublika elmi konfransının materialları əksini tapıb.

Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş nəşrdə ilk olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 21 yanvar 2019-cu il tarixli “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamı və Tədbirlər Planı yer alıb.

Konfrans materiallarında akademik İsmayıl Hacıyevin “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir”, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Muxtariyyət illərində Naxçıvanda epiqrafiya elminin inkişafı: nailiyyətlər, vəzifələr”, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Müstəqillik illərində Naxçıvanda aparılan arxeoloji tədqiqatlar”, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Naxçıvanın dialekt və şivələrinin öyrənilməsi məsələləri”, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin “Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında təhsilin inşafının prioritet istiqamətləri”, t.ü.f.d., dos. Emin Şıxəliyevin “Türk qapısına gedən yol və Naxçıvanın muxtariyyət statusu”, t.ü.f.d. Yaşar Rəhimovun “Tarixi zərurətdən yaranan muxtariyyət” və digər 60-a yaxın elm və təhsil adamlarının məruzəsi təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: