Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-da magistratura təhsili təşkil olunacaq
15.10.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-da magistratura təhsili təşkil olunacaq

Ölkə Prezidentinin 4 yanvar 2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ndə magistratura yolu ilə yüksəkixtisaslı kadrların hazırlanması barədə bir sıra müddəalar təsbit olunub. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”da elm və təhsilin inteqrasiyası əsasında yüksəkixtisaslı kadrların hazırlanması ilə bağlı akademiya qarşısında müəyyən vəzifələr qoyulub. Qeyd olunanlar AMEA-nın yüksəkixtisaslı kadrların hazırlanması sahəsində fəaliyyətinin, magistratura təhsil səviyyəsi də nəzərə alınmaqla, yeni əsaslar üzərində təşkili zərurətini meydana çıxarmışdır.

Bütün bunları nəzərə alaraq, AMEA-nın prezidenti akademiyada magistratura təhsilinin yaradılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət etmişdir. Müraciət ölkə rəhbərliyi tərəfindən müsbət qarşılanmış, akademiyaya magistr hazırlığının təşkili üçün lazımi tədbirlərin həyata keçirilməsi tapşırılmışdır. Həmçinin magistratura təhsil səviyyəsinin elmi araşdırmalar üçün böyük imkanlar yaratdığını, məzunlara gənc yaşlarından elmi-tədqiqat vərdişləri aşıladığını nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-da magistr hazırlığının təşkili ilə bağlı qərar qəbul edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: