www.science.az
27.03.2020 11:20

Qədim qitənin qalıqları tapılıb

Alimlər Kanadanın şimalında kimberlit vadisində fraqmentləri Atlantik okean üzrə səpələnmiş ən qədim qitənin qalıqlarını aşkar ediblər.

Ən qədim kontinental yer qabığının – Şimali-Atlantik platformanın fraqmenti Baffin adasında, Kanadanın materik hissəsi və Qrenlandiya adası arasında aşkar edilib. Tapıntı haqqında geoloqlar “Journal of Petrology”də nəşr olunmuş məqalədə məlumat veriblər.

Qiymətləndirmələrə görə, Şimali-Atlantik platforması təxminən 150 milyon il əvvəl hissələrə parçalanıb. Onun qırıntıları indiyədək Qrenlandiya, Şotlandiya və Labrador adasında tapılıb.

popmech.ru saytının məlumatına əsasən, tapılmış fraqment sayəsində alimlər Şimali-Atlantik platformasının onların güman etdikləri ölçüdən 10% daha böyük olduğunu müəyyən ediblər.