Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Metafizika” jurnalının yeni nömrəsi çapdan çıxıb
25.03.2020 15:42
  • A-
  • A
  • A+

“Metafizika” jurnalının yeni nömrəsi çapdan çıxıb

“Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının sayca doqquzuncu nömrəsi işıq üzü görüb.

Müxtəlif ölkələrdən tanınmış alimlərin təmsil olunduğu jurnalın redaksiya heyətinin sədri AMEA-nın müxbir üzvü Könül Bünyadzadədir. Jurnalda elmi, tarixi, bədii, fəlsəfi, sənətşünaslıq axtarışlarına həsr edilən araşdırmalara yer verilir.

Nəşrin bu sayında Azərbaycan, rus, türk və fars dillərində məqalələr əks olunub. Belə ki, jurnalda AMEA-nın müxbir üzvü K.Bünyadzadənin “Hərflərdə gizli həqiqət”, filologiya üzrə fəlsəfə doktoru Əsmətxanım Məmmədovanın “Fars yazısındakı “əlef-e məğsure” (tətbiqi dilçilik müstəvisində)”, Rafiz Manafovun “İbn Xəlduna görə, rasional metafizikanın imkan(sızlığ)ı”, Ələddin Məlikovun “İmmanuel Kant və müsəlman arif və filosofların təfəkküründə metafizik epistemologiyanın müqayisəsi” mövzusunda məqalələri yer alıb. Həmçinin Zəhra Orukun “Albert Eynşteynin mexanik dünyasında hürriyyət və əxlaq problemi”, Seyid Məhəmməd Cavad Bənisəid Ləngərudi, Seyid Cavad Miri və Əmir Abbas Əlizamaninin həmmüəllifi olduğu “Akvinalı Foma və Sədrəddin Şirazinin xoşbəxtlik nəzəriyyələrində ləzzət anlayışının müqayisəli təhlili” adlı məqalələri də nəşrdə əks olunub.

Jurnal “International Index Copernicus”, “OCLC”, “İdeal Online”, “EBSCO”, “DIIF”, “DRJI”, “CiteFactor”, “ISC”, “SID”, “OAJI”, “Cosmos Impact Factor” və digər nüfuzlu impakt faktorlu indekslərdə qeydiyyata alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: