Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Rəyasət Heyəti Mərkəzi aparatının strukturunda dəyişiklik edilib
15.10.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyəti Mərkəzi aparatının strukturunda dəyişiklik edilib

AMEA-nın fəaliyyətinin mövcud qanunvericiliyin tələblərinə uyğun təmin edilməsi, onun hüquqi təminat bazasının möhkəmləndirilməsi, idarəetmə strukturunun təkmilləşdirilməsi, təhsil və kadr işlərinin səmərəliyinin daha da artırılması, həmçinin AMEA-da informasiya siyasətinin müasir tələblərə uyğun şəkildə qurulması, elmi informasiyanın populyarlaşdırılması sahəsində fəaliyyətin səmərəliyinin daha da artırılması məqsədilə AMEA Rəyasət Heyətinin Mərkəzi aparatının strukturunda dəyişiklik edilib. Bu haqda qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub.

Qərara əsasən, AMEA Rəyasət Heyətinin Mərkəzi aparatının Hüquqi təminat şöbəsi, Təhsil və kadrlar şöbəsi, İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilib. Hüquqi təminat şöbəsinin bazasında Ərizə və şikayətlər şöbəsi, Kadrlar şöbəsi və Qanunvericilik təminatı şöbəsindən ibarət olan AMEA Rəyasət Heyəti Mərkəzi aparatının Hüquq və Kadrlar İdarəsi yaradılıb. AMEA Rəyasət Heyətinin Mərkəzi aparatının Hüquq və Kadrlar İdarəsinin Əsasnaməsi təsdiq edilib, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev idarənin rəisi vəzifəsinə təyin edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: