Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Xəzər dənizinin hidrometeoroloji atlası” çapdan çıxıb
13.10.2014 00:00
  • A-
  • A
  • A+

“Xəzər dənizinin hidrometeoroloji atlası” çapdan çıxıb

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunundirektoru, akademik Ramiz Məmmədovun “Xəzər dənizinin hidrometeoroloji atlası” çapdan çıxıb.

Atlas şərti olaraq yeddi hissəyə bölünür. “Müqəddimə” adlanan birinci hissədə Xəzər dənizinin hidrometeorologiyası haqqında qısa məlumat verilir. Birinci hissədə sahil zonası və açıq dənizdə yerləşmiş müşahidə məntəqələri, burada aparılmış müşahidələr, ölçmələrin periodikliyi və tezliyi və s. haqda məlumat yer alıb. “Coğrafi bölmə” adlanan ikinci hissəyə isə batimetrik, dəniz dibinin meylliyi və geomorfoloji xəritələr daxil edilib.

Atlasın əsas hissələrindən biri “Hidrologiya” adlanan üçüncü hissədir. Burada Xəzər dənizi səth qatının aylar üzrə, sonra isə orta illik temperatur paylanması verilir. Dənizin Azərbaycan şelfinin müxtəlif hissələrində, ilin müxtəlif fəsillərində temperaturun paylanması xüsusi xəritələrə daxil edilib. Bu hissədə həm də duzluluq, şəffaflıq, axınlar və buzların yaranması kimi hidroloji elementlərin zaman və məkan paylanmasının xəritələri öz əksini tapıb.

Dəniz üzərində havanın temperaturu, mütləq və nisbi rütubət, buludluluq, radiasiya və albedo, küləyin rejimi, sürəti və istiqamətləri “Xəzər dənizinin meteorologiyası” adlanan dördüncü fəsildə yer alıb.

Beşinci fəsil dənizin atmosferlə qarşılıqlı təsirinə həsr olunub. Dəniz üzərində buxarlanma istiliyi, atmosferlə dəniz arasında istilik mübadiləsi, dənizin istilik tutumu, adveksiyası və s. bu hissənin əsasını təşkil edir.

Altıncı fəsil dənizin səviyyə dəyişmələrinə həsr olunub. Atlas istifadə olunmuş məlumatların informasiya bazasının verilməsi ilə tamamlanır.

Atlasdan hidrometeorologiya, hidrofizika və Xəzər dənizi regionunda sosial-iqtisadi şəraitlə məşğul olan mütəxəssislər, həmçinin doktorantlar və universitetlərin müvafiq sahələrində təhsil alan tələbələr istifadə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: