Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ləğv olunmuş elmi müəssisələrin doktorantları təhsillərini AMEA-da davam etdirəcəklər
05.03.2020 12:41
  • A-
  • A
  • A+

Ləğv olunmuş elmi müəssisələrin doktorantları təhsillərini AMEA-da davam etdirəcəklər

Azərbaycanda bəzi elmi müəssisələrdə təhsil alan doktorant və dissertantlar AMEA-nın müvafiq institutlarına köçürüləcək. Bununla bağlı AMEA Rəyasət Heyətinin martın 4-də keçirilən iclasında qərar qəbul olunub.

Bildirilib ki, qərarla Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ləğv olunmuş Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin, Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunun, Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin bir qrup doktorant və dissertantı fəlsəfə doktoru hazırlığı üzrə təhsillərini AMEA-nın müvafiq institutlarının doktorantura və dissertanturasında davam etdirəcək.

İclasda digər bir qərarla AMEA-da ödənişli əsaslarla fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün doktorantura və dissertanturada müvafiq ixtisaslar üzrə təhsil haqqının illik məbləği təsdiqlənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: