Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dilçilik İnstitutu Beynəlxalq Vizyon Universiteti ilə əməkdaşlıq edəcək
02.03.2020 17:38
  • A-
  • A
  • A+

Dilçilik İnstitutu Beynəlxalq Vizyon Universiteti ilə əməkdaşlıq edəcək

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Şimali Makedoniya Respublikasında ezamiyyətdə olub.

Alim səfər çərçivəsində Skopye Kiril və Mefodiy Universitetində keçirilən “Divan ədəbiyyatı nümayəndələri” adlı beynəlxalq konfransa qatılıb. Beynəlxalq tədbirdə o, “Füzuli yaradıcılığı və türk dünyasında yeri” mövzusunda məruzə ilə çıxış edib.

Akademik M.Nağısoylu növbəti gün Qostivar şəhərində yerləşən Beynəlxalq Vizyon Universitetində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunan anım mərasimində iştirak edib. Səfər zamanı, həmçinin iki qurum arasında əməkdaşlıq protokolu imzalanıb. Müqavilədə linqvistik araşdırmalar sahəsində birgə tədqiqatların aparılması, qarşılıqlı kitab və kadr mübadiləsi, görüşlərin təşkili kimi məsələlər əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: