Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Gəncə Bölməsinin doktorantı İsveç Kral Akademiyasının müxbir üzvü diplomu ilə təltif edilib
10.10.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Gəncə Bölməsinin doktorantı İsveç Kral Akademiyasının müxbir üzvü diplomu ilə təltif edilib

Almaniyanın Frankfurt şəhərində keçirilmiş Beynəlxalq elmi konfrans və kitab sərgisində Azərbaycan elmi üçün əlamətdar hadisə baş verib. Belə ki, ölkəmizi bu ümumdünya tədbirində təmsil edən nümayəndə heyətinin üzvü, AMEA Gəncə Bölməsinin doktorantı Elnur Həsənov İsveç Kral Akademiyasının müxbir üzvü diplomu ilə təltif edilib. Diplomu E.Həsənova İsveç Kral Akademiyasının üzvü, Linköpinq Universitetinin professoru Arne Cönson təqdim edib.

Dünyanın 112 ölkəsinin iştirak etdiyi tədbirdə ölkəmizin tarixi, mədəniyyəti ilə bağlı bir sıra mühüm tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: