Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.02.2020 17:03
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib

Radiasiya Problemləri İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib

AMEA-nın Radiasiya Problemləri İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib.

İmtahan 2019/2020-ci tədris ili üçün nəzərdə tutulmuş “Radiasiya materialşünaslığı” ixtisasından “Ümumi fizika kursu” fənni və “Radioekologiya” ixtisasından “Ekologiya” fənni üzrə keçirilib. İmtahanda ümumilkdə 5 nəfər iştirak edib.

İnstitutda imtahanın keçirilməsi üçün komissiya yaradılıb. Komissiyanın sədri müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov, komissiya üzvləri isə professorlar Rəhim Mədətov, Nizami Mehdiyev, Elimxan Cəfərov və Rövşən Xəlilov təyin olunub.

AMEA Rəyasət Heyətinin Elm və təhsil idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov və həmin idarənin rəis müavini Vüqar Haqverdiyevin müşahidəçi qismində iştirak etdiyi imtahan uğurla başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: