Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb
28.02.2020 15:55
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində ölkə başçısının “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Fərmanı və “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı yer alıb.

Mətbu orqanın növbəti səhifələrində Yeni Azərbaycan Partiyası AMEA ərazi təşkilatının ilk konfransı, ərazi təşkilatının idarə heyətinin tərkibi, akademiyada Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş, AMEA Rəyasət Heyətinin növbəti iclası, “Əlişir Nəvai ədəbi və elmi irsinin öyrənilməsi” mövzusunda beynəlxalq konfrans, AMEA-da Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzinin açılması, Özbəkistanlı alimin Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilməsi, Biologiya və Tibb Elmləri, həmçinin Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin Ümumi yığıncaqları haqqında materiallar əksini tapıb.

Bundan əlavə, AMEA-nın elmi müəssisə və təşkilatlarında, bölmə və regional mərkəzlərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan anım mərasimləri, doktoranturaya qəbul imtahanının keçirilməsi üzrə yaradılmış komissiyasının iclası, Beynəlxalq Ana Dili Gününə dair elmi sessiya, Azad Həmkarlar İttifaqının hesabatı, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun Türkiyədə koronavirusla bağlı apardığı tədqiqatlar, "Milli Rəqəmsal Yaddaş bazasında muğam, xalçaçılıq, keçə sənəti” mövzusunda tədbir haqqında materiallar oxuculara təqdim olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin Coğrafiya İnstitutuna ziyarəti, Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayevin və həmin müəssisənin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədovun İsveçrədə beynəlxalq konfranda iştirakı, AMEA alimlərinin rəhbərliyi altında “Sabahın alimləri” IX Respublika müsabiqəsi üçün hazırlanan layihələrin nəticələri, Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası, Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarının tut ipəkqurdu cinsləri və hibridlərin yaradıcısı kimi patent alması, yeni nəşrlər və elmi yeniliklərlə qəzetin 8-9-cu səhifələrində tanış olmaq olar.

Nəşrdə, həmçinin “Numizmatika elmimizin banisi”, “Kosmik plazma fizikası sahəsində tanınmış alim”, “Azərbaycanın ilk riyaziyyatçı qadın alimi” sərlövhəli məqalələr, akademik Arif Həşimov və professor Adil Əliyevlə müsahibələr dərc edilib.

20 səhifəlik qəzetdə rus dilində maraqlı məqalələr də yer alıb.

Qeyd edək ki, 1984-cü ildən nəşr olunmağa başlayan "Elm" qəzetinin baş redaktoru İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: